I və II dərəcə əlilliyi olan şəxslər barədə mühüm sərəncam
Prezident İlham Əliyev “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb.
Minval.info xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı