31.07.2026 - 19:27
Maqazin 24 baxış

Hüseyn Həsənovun 6 il həbs cəzası ala bilər

Bloger Hüseyn Həsənovun pul vəsaitlərinin leqallaşdırılması ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilə biləcəyi iddia olunur. Prokuror bu cəzanın verilməsini tələb edir.

Minval.info xəbər verir ki, Həsənovun vəkili Mixail Yusupov bu barədə açıqlama verib. İttiham tərəfinin iddiasına görə, Həsənov 170 milyon rubldan çox məbləğdə vergidən yayınaraq, daşınmaz əmlakın alqı-satqısı vasitəsilə bu vəsaitlərin bir hissəsini leqallaşdırıb.

Bloger isə özünü təqsirli bilmir və daha əvvəl sosial şəbəkələrdə vergi borcunu ödədiyini, məhkəmədə vəkillər komandasının onu təmsil etdiyini bildirib. 2025-ci ilin yazında qiyabi həbs olunan Həsənovun həmin ilin fevralında Rusiya ərazisini tərk etdiyi bildirilir. O, hazırda Azərbaycanda və ya BƏƏ-də ola bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: