Hücumu İran təşkil edib: sübutları dünya görəcək – Pompeo
İranın Oman körfəzində iki tankeri vurması ilə bağlı əlimizdə sübutlar var.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Mayk Pompeo çıxış edib.
“Orada baş verənlər tam aydındır. Bu, İran İslam Respublikası tərəfindən həyata keçirilən hücum idi. Heç bir şübhə yeri yoxdur. Kəşfiyyat məlumatları böyük fakt və sübutlardan ibarətdir. Dünya bunların böyük hissəsini görəcək”, – deyə ABŞ rəsmisi bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo Oman körfəzindəki tanker partlayışına görə bütün məsuliyyətin İranın daşıdığını bəyan etmişdi.
Oman körfəzindəki iki neft tankerində partlayış baş verib. Partlayışdan sonra tankerlərdən birinin ekipajı İran hərbçiləri, digəri isə ABŞ hərbçiləri tərəfindən xilas edilib.
İddiaya görə, tankerlərə torpeda ilə hücum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əliyev həbsdə olan icra başçılarından danışdı
Putinin bu avantürası puça çıxıb – “Vaşinqton Post”
Prezident Nazirlər Kabineti ilə bağlı sərəncam imzaladı
Araz Əlizadə deputatlığa namizədliyini irəli sürəcək: “Mənə nə olub ki...”
İlham Əliyev Poroşenkonu təbrik etdi