“Huawei” süni intellekt laboratoriyası açıb
“Huawei Technologies” şirkəti Sinqapurda süni intellekt sahəsində layihələrin sınağının aparılacağı xüsusi laboratoriya açıb. Bu məqsədlə “Huawei” bir sıra texnoloji şirkətləri əməkdaşlığa cəlb edib.
Mnval.ino ictnews.az-a istinadən bildirir ki, laboratoriyada süni intellekt üzrə tədqiqat və işləmələrin sadələşdirilməsi məqsədilə süni intellektin yaradılması üçün təcrübi məhsul nümunələri, pulsuz sınaq versiyaları və alətlər təqdim olunacaq.
Laboratoriya iştirakçıları sürücüsüz avtomobillər, robot texnikası, “ağıllı” istehsal və dəniz əməliyyatlarının aparılması kimi sahələr üçün süni intellekt layihələrinin inkişafı ilə məşğul olacaqlar.
Məlumata görə, şirkətin dünya üzrə tədqiqat və işləmələr şöbələrinin əməkdaşlarının sayı 80 minə çatır. Lakin onlar şirkətin işçi heyətinin ümumi sayının 45 faizini təşkil edir.
2018-ci ildə Çin istehsalçısı tərəfindən tədqiqat və işləmələrə investisiyaların həcmi 15 milyard dolları ötüb. Avropa İttifaqı tərəfindən dərc edilən sənaye istehsalı sahəsində elmi tədqiqat və təcrübi-konstruktor işlərinə investisiyalar reytinqində şirkət ötən il dünyada beşinci yeri tutub.
Yaxın illərdə “Huawei” açıq süni intellekt, intellektual hesablama sistemləri və dərin təlim sistemlərinin Avropada tətbiqini planlaşdırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ"Facebook" və "Instagram"ın işində qlobal nasazlıq yaranıb
Smartfonda tünd rejimdən niyə imtina etmək tövsiyə olunur?
Elektrikli və hibrid avtomobillər nə qədər bahalaşıb?
Uçan, elektrikli taksilər bu tarixdən istifadəyə veriləcək
“Facebook” və “Instagram” ödənişli ola bilər - “Meta” AÇIQLADI
Selçuk Bayraktar:"Bakıda yenidən "TEXNOFEST" keçirməyə hazırıq"
Məşhur xəbər agentliyi süni intellektlə işləyəcək