Huawei şirkəti 2 ekrana sahib yeni smartfonun patentini alıb
Huawei şirkəti artıq Mate X adlı qatlana bilən smartfon modelinə sahibdir. Lakin şirkətin son patent sorğusuna əsasən o, Mate X-in sahib olduğu dizayn özəlliyi ilə yetinmək niyyətində deyil. Belə ki, insayderlər şirkətin hələ təqdim olunmamış smartfon modelinin patent fotolarını təqdim ediblər.
Patent fotolardan da görmək olar ki, smartfon ənənəvi dizaynda reallaşdırılıb. Lakin onun əsas özəlliyi ondan ibarətdir ki, o, 2 ekrana sahibdir. Bu barədə Gizchina saytı xəbər verib.
Adı bilinməyən smartfonun arxa panelində kvadrat formasında olan köməkçi ekran yerləşdirilib. Çox güman ki, həmin ekran daxil olan zənglərin, hava proqnozu məlumatlarının, bildirişlərin baxılması və Always on Display rejimində digər məlumatların əks olunması üçün nəzərdə tutulub. Bundan əlavə olaraq istifadəçi köməkçi ekrandan selfie kamera qismində də istifadə edə bilər.
ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
Smartfonun arxa kamera sensorlarının ölçülərindən belə qənaətə gəlmək olar ki, onların arasında geniş zoom imkanlarına sahib periskop kamera olacaq.
Smartfon gövdəsinin aşağı hissəsində USB Type-C girişi və 3.5 mm-lik audiogiriş yerləşir. Yandırıb/söndürmə ilə səsin tənzimlənməsi düymələri smartfonun sağ tərəfində yerləşirlər. Həmin hissədə həmçinin əlavə köməkçi düymə var. Çox güman ki, həmin düymə səsli köməkçinin işə salınması üçün nəzərdə tutulub.
Bu smartfonun texniki göstəriciləri və mümkün satış tarixi barəsində heç bir məlumat yoxdur.
ƏLAQƏLİ
Meta və microsoft əməkdaşlığının arxasındakı milyonlar: Süni intellektdə yeni dövr?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş