“Huawei” öz əməliyyat sisteminin təqdimetmə tarixini açıqlayıb
“Huawei” şirkətinin nümayəndəsi “Android” sisteminin əvəzetməsi kimi hazırlanan “HarmonyOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk smartfonun 2020-ci ilin avqustunda təqdim ediləcəyini rəsmən elan edib.
“Huawei”nin proqram təminatının hazırlanması bölməsinin rəhbəri Van Çenqlu deyib ki, sözügedən əməliyyat sistemi həm yerli, həm də qlobal bazarlar üçün istehsal edilmiş smartfonlar üçün əlçatan olacaq. Lakin Çenqlu qeyd edib ki, şirkət hələ ki öz smartfonları üçün “Android” sisteminə üstünlük verir.
O, həmçinin deyib ki, “HarmonyOS” sistemi açıq koda malikdir və davamlı olaraq təkmilləşdirilir. Şirkətin nümayəndəsi bildirib ki, sözügedən əməliyyat sistemi yalnız smartfonlar üçün deyil, həm də Çin istehsalçısının “ağıllı” saat, kompüter və başqa cihazlarında tətbiq edilə bilər. “Counterpoint Research” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə 2% bazar payına malik olacaq “HarmonyOS” sistemi populyarlığına görə beşinci əməliyyat sistemi olacaq.
Bildirək ki, “HarmonyOS” əməliyyat sistemi avqustun 9-da təqdim edilib. ictnews.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq