Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Bakının Suraxanı rayonu, Hövsan MİDA yaşayış kompleksinin sakinləri ərazidə acınacaqlı antisanitar vəziyyətin yaranmasından və tullantıların vaxtında daşınmamasından ciddi şəkildə narahatdırlar. Məhəllələrdə xüsusi zibil konteynerləri qoyulsa da, onların ətrafı tullantı poliqonunu xatırladır.
Minval.info xəbər verir ki, kompleks sakinləri tullantı daşıyan xüsusi nəqliyyat vasitələrinin əraziyə olduqca gec – yalnız 3-4 gündən bir gəldiyini bildirirlər.
Nəticədə konteynerlər qısa müddətdə dolur və tullantılar ətrafa səpələnir. Yay mövsümündə bu vəziyyət ərazidə kəskin pis qoxunun yayılmasına, həşəratların çoxalmasına və infeksiya mənbəyinin yaranmasına səbəb olur. Sakinlər yaşayış massivinin həm estetik görünüşünü korlayan, həm də sakinlərin, xüsusilə azyaşlı uşaqların sağlamlığı üçün ciddi təhlükə törədən bu problemin bir an öncə aidiyyəti qurumlar tərəfindən həll olunmasını tələb edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağamirzə Məmmədov yas mərasimləri ilə bağlı vəsiyyətini açıqladı
Siqaret çəkənlər üçün yeni cərimələr təyin edilib
Qənirə Paşayeva ilə bağlı bacısından duyğusal paylaşım
Anım Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərildi
Şəhid Rasim Məmmədovun anası: “Oğlum yeddi oğula bərabər idi”
Dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət etdilər
Yaşıllıqlara dəymiş ziyan 225 min manatı keçdi