Hökumə əliyevanın anasına duyğusal sürpriz: Rəvan qarayevin təsirli jesti göz yaşartdı
Avqustun 15-də Yaşıl Teatrda müğənni Rəvan Qarayevin ilk solo konserti keçirildi. Bu tədbirə xüsusi qonaq olaraq, AZAL təyyarəsinin qəzasında həyatını itirən və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Hökumə Əliyevanın anası Kəmalə xanım da qatıldı.
Minval.info xəbər verir ki, Rəvan Qarayev səhnədən Kəmalə xanıma xüsusi salam göndərərək ona böyük hörmətini ifadə etdi. Ardınca, sənətçi səhnədən enərək Kəmalə xanımın yanına gedib, onun əlindən öpdü.
Konsertin ən təsirli anlarından biri isə Rəvan Qarayevin, Hökumə Əliyevanın məşhur “Hər şey yaxşı olacaq” sözlərinə yazılmış mahnını ifa etməsi oldu. Bu duyğusal ifa Kəmalə xanımı kövrəltdi və o, göz yaşlarına hakim ola bilmədi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məlahət abbasova: Evlilik təklifindəki yeganə arzum pianino oldu!