Əhməd Davudoğlu yaratdığı yeni partiyanı elan edib
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, dekabrın 13-də paytaxt Ankarada Gələcək Partiya adlı siyasi təşkilatın təqdimatı keçirilib.
Partiyanın təsisçiləri 154 nəfərdən ibarətdir. Onlardan bir hissəsi hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir. Gələcək Partiyanın şüarı isə belədir: “Bizim bir gələcəyimiz var”.
Partiyanın tanıdılması toplantısında çıxış edən sədr Ə.Davudoğlu deyib: “Keçmişi qaralamağa deyil, ortaq bir gələcək qurmağa, yeni şeylər söyləməyə gəlmişik. Üz turşutmağa deyil, təbəssüm göstərməyə gəlmişik. Hazırda bizi bir-birimizdən ayıran deyil, birləşdirən siyasət barədə danışmalıyıq”.
Qeyd edək ki, dekabrın 12-də Gələcək Partiyanın rəsmi formada qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinə müraciət olunub.
Xatırladaq ki, 1959-cu ilin fevralın 26-da anadan olmuş Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə baş naziri vəzifəsini tutub. 2014-2016-cı illərdə hakim Ədalət və İnkişaf Partiyasınn sədri olub. 2016-cı ilin mayın 22-də baş nazir vəzifəsindən istefa verib.
O, 2019-cu ilin sentyabrın 13-də Ədalət və İnkişaf Partiyası üzvlüyündən çıxıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bahar Muradova Heydər Əliyevlə bağlı çıxış etməyən deputatları qınayıb
Keçmiş sədr nazir müavini oldu - TƏYİNAT (FOTO)
Zakir Həsənov Moskvaya getdi
Leyla Abdullayeva İran səfiri ilə görüşdü
Mayın 31-dək bunlar qadağandır - Baş Nazirdən qərar