Hissin "Kədərli bölüm"ü təqdim olundu
Müğənni Hiss sevənlərinə yeni klipi və mahnısını təqdim edib.
Ötən ilin son günlərində anonsunu verdiyi “Kədərli bölüm” mahnısını və ona çəkilən klipini təqdim edib.
Klipin musiqi prodüseri Jay Əliyev, rejissoru Fərman Bəşirli, mahnının sözlərinin və bəstəsinin müəllifi Əli Türkoğludur.
Bu müğənni və Jayin sayca 3-cü iş birliyidir.
“Jay tez-tez “İnstaqram” hesabında yeni treklərini paylaşırdı. Bunu dinləyən kimi, dedim ki, mənə göndərsin, söz yazacağam. Amma o, sonda Əlinin yazdığı söz və musiqini daha çox bəyəndi. Düşünürəm ki, nəticədə ortaya çox gözəl bir iş çıxdı. İlk dəfə bunu “Crystall Hall”da təşkil olunan “Gənclərin Həmrəylik Festivalı”nda səsləndirdim. Çəkilişləri də elə o zaman etdik”, -deyə Hiss bildirib.
Müğənni onu da əlavə edib ki, “Kədərli bölüm” Jay Əliyevin “Baijanrecords” leyblı ilə çıxaracağı alboma daxildir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
Alen Simonyan ailə həyatı qurdu
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir
Seda Sayandan səhnədə romantik etiraflar!
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
Toydan dönən sürücü qəzaya düşdü: Yaralılar var