Hiss “Gənclərin Həmrəylik Festivalı”nda çıxış etdi
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və ölkənin aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə Bakı Kristal Zalında ilin ən möhtəşəm gənclər tədbiri – “Gənclərin Həmrəylik Festivalı” keçirilib.
Minval.info xəbər verir ki, festivalda səhnə alan sənətçilərin sırasında gənclərin sevimli müğənnisi Hiss də olub. Onminlərlə gəncin iştirakı ilə baş tutan gecədə sənətçi ar-arda sevilən hitlərini tələbələrlə birgə səsləndirib. Səhnədə onu çıxışı boyu “NERO” şou-balet rəqs qrupu da müşayiət edib. Hiss “Laylay”, “Busan”, “Karma” mahnıları ilə yanaşı, Jay Aliyevin imzası olan “Kədərli bölüm” trekini təqdim edib.
Festival ərzində Xalq artistləri Röya Ayxan və Miri Yusif, bəstəkar-müğənni Murad Arif, müğənni İlhamə Qasımova, həmçinin DJ Kənan “Drums” çıxış edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!