"Hiss burada özü ilə yarışır.." - KLİP
Müğənni Hiss dinləyicilərini yenidən sevindirib.
Minval.info xəbər verir ki, sənətçi “Bilogy” (“Biologiya”) adlı yeni mahnısını və klipini təqdim edib. Sözləri və musiqisi Rafael və Elmin Təhməz qardaşlarına məxsus mahnın ekran həlli türkiyəli rejissor İsmail Eren Yalçına həvalə olunub. Bu, Hissin sözügedən heyyətlə sayca ikinci işbirliyidir. Çəkilişlər iyulda Antalyada edilib. İfaçı ekran işinin 20 saata çəkildiyini bildirib.
“Son günlərdə təqdim etdiyim mahnılar arasında ən sevdiyim bu işim oldu. Çünki sırf mənə yazılmış bir mahnıdır. Mahnı Hissin özündən, keçirdiyi hisslərdən bəhs edir”,- deyə müğənni bildirib.
Qeyd edək ki, mahnı bütün musiqi platformalarında, klip isə sənətçinin “YouTube” kanalında yayımlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!