Hiss bulvarda konsert verdi
Müğənni Hiss isti yay günlərində Dənizkənarı Milli Parkda konsert proqramı ilə çıxış edib.
Minval.info xəbər verir ki, sənətçinin çıxışına saatlar qalmış Hisssevərlər konsert olacaq məkana axın edib. Açıq havada baş tutan konsertdə müğənni repertuarında yer alan sevilən hitləri ard-arda səsləndirib. Səhnədə Hissi “NERO” rəqs qrupu müşayiət edib. Bir saat çəkən konsertdə müğənni bir-birindən iddialı iki libas dəyişib.
Hiss fanatları ilə ünsiyyət qurmağı da unutmayıb:
“Xoş gəlmisiniz? Necəsiniz? Buradan hamınız çox gözəl görünürsünüz. Bütün mahnılarımı mənim ilə birgə oxuduğunuz üçün təşəkkür edirəm. Hamınızı çox istəyirəm”.
Tamaşaçıların istəyi ilə Hiss “Karma” və “İstəmirəm” mahnısını iki dəfə səsləndirib.
Qeyd edək ki, sənətçi yaxın günlərdə yeni mahnı və klip təqdim edəcəyinin də müjdəsini verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!