Himayədar ailə prosesi 2 həftəyə tamamlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib. Valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiyası üçün prosedurlarda bir sıra dəyişikliklər edilib.
Minval.info xəbər verir ki, bu dəyişikliklər himayədar ailə olmaq istəyən vətəndaşların müraciət prosesini sürətləndirir. Müraciət edən şəxslər 10 iş günü ərzində müsahibədən keçərək, maddi-məişət şəraitlərinin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir. Uğurla bu mərhələni keçən namizədlər minimum 3 gün davam edən təlimlərə cəlb olunurlar.
Təlimlərin onlayn formatda keçirilməsi də nəzərdə tutulub ki, bu da vətəndaş məmnunluğunu artıracaq. Təlimin sonunda müsbət qiymətləndirilən namizədlər üçün uyğun uşağın seçilməsi müddəti 7 iş günündən 5 iş gününə endirilib. Prosesin bütün mərhələləri üzrə qərarların qəbul edilməsi müddəti isə 3 iş günü olaraq müəyyən edilib.
Bu dəyişikliklər nəticəsində uşağın himayədar ailəyə keçidi prosesi daha qısa müddətdə, yəni 2 həftə ərzində tamamlanacaq. Himayədar ailə institutu, valideyn himayəsindən məhrum uşaqların ailə əsaslı qayğı ilə təmin olunmasında mühüm rol oynayır. Nazirlik tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avtobuslar üçün məsafə əsaslı ödəniş modeli
Bakıda nəhəng ağac maşının üzərinə düşdü
Xalq artisti nəvəsi ilə Gədəbəydə istirahətdə
Meta-nın yeni süni intellekti: Muse Spark 1.3
Müğənni Güllünün ölümü: Qızı həbs olundu
İbrahim Tatlısesin son görüntüləri narahatlıq yaratdı
Aygün Kazımovanın konsertində kişi izdihamı!