Hikmət Hacıyev: "Ermənistan hərbi cinayətlərini davam etdirir"
“Ermənistan minalanmış sahələrin xəritəsini gizlətməklə Azərbaycana qarşı mina siyasətini davam etdirərək beynəlxalq hüquq normalarını da, beynəlxalq birlik qarşısındakı öhdəliklərini də pozur”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Mina Anlayışı və Mina Fəaliyyətlərinə Dəstək Gününə həsr olunmuş konfransda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Beləliklə, Ermənistan Azərbaycanın dinc sakinlərini öldürməklə hərbi cinayətlərini davam etdirir. Bu məsələni müxtəlif beynəlxalq tədbirlərdə qaldırırıq. Burada insan hüquqlarının pozulması göz qabağındadır. Nəticədə azərbaycanlı əhali hələ də öz yurd-yuvalarına qayıda bilmir”, – H.Hacıyev vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı