Hikmət Hacıyev: Azərbaycanın da səbrinin həddi var
Azərbaycan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin tərəfdarıdır.
Oxu.az xəbər verir ki, bu fikirləri “Anadolu” agentliyinə müsahibəsində Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın da səbrinin həddi var və Ermənistan ordusu BMT-nin qətnamələrinə uyğun olaraq işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdır, əks halda Azərbaycan BMT-nin nizamnaməsində göstərilən bütün hüquqlarından istifadə etməli olacaq.
H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi Sarqsyan-Koçaryan rejiminin səhvlərini davam etdirir və danışıqlar prosesini bloklayacaq bəyanatlar səsləndirirlər.
O əlavə edib ki, beynəlxalq ictimaiyyət Ermənistana dəqiq siyasi və diplomatik mesajlar çatdırmalıdır:
“Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ məsələsinin həlli üçün göstərdiyi səylər yetərsizdir”.
“Danışıqlar prosesi 25 ildir davam edir. Bu müddətdə Azərbaycan torpaqları işğaldan azad edildimi? Xeyr. Qaçqınlar torpaqlarına geri qayıtdımı? Xeyr. Artıq işğalçı və hücumçuları öz adları ilə çağırmanın vaxtıdır”, – PA rəsmisi bildirib.
O qeyd edib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarındakı qızıl və mis mədənlərindən istifadə edərək, dünya bazarına satır və bu, bütün beynəlxalq sazişlərə ziddir.
H.Hacıyev işğal altındakı torpaqlarda Azərbaycana aid dini və mədəni abidələrin məhv edildiyini, bunun sadəcə Azərbaycana deyil, dünya mədəniyyətinə vurulan zərbə olduğunu deyib.
PA rəsmisi AƏT-in Minsk qrupunun həmsədrlərinin xalqların sülhə hazır olmasının vacibliyi ilə bağlı bəyanatına da diqqət çəkib.
“Əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı sülhə hazırdır. Davamlı olması üçün sülh ədalətli olmalıdır. Ermənistan ordusu işğal altındakı bölgələrdən çıxmalı, qaçqınlar öz torpaqlarına geri qayıtmalıdır. Yalnız bu vəziyyətdə sülh əldə edilə bilər. Ermənistan hazırda apardığı xarici siyasət bütün region üçün ciddi təhlükədir”, – o əlavə edib.
H.Hacıyev Türkiyə-Azərbaycan arasındakı əməkdaşlığın ən yünsək zirvədə olduğunu da diqqətə çatdırıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Robert Sekuta: "Mən və ailə üzvlərim Azərbaycana yenə gələcəyik"
Putin telefonla ən çox kimə zəng edir?
Milli Məclisin payız sessiyasının işlər planı açıqlanıb
Paşinyan tərəfdarlarının qarşısına çıxdı: "Çevriliş cəhdinin qarşısı alınıb"
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyavuş Novruzov: "Onlar milli müxalifət yox, xəyanətkardır"
“Prezident bunu eşidəndə bərk qəzəblənmişdi”