“Heç onu çəkməyə də ehtiyac yox idi” - Deputatdan video ilə bağlı açıqlama
Sosial şəbəkələrdə Ana Vətən Partiyasının Bərdə rayon təşkilatı adından yaşlı insanlara çörək paylanılması barədə yayılan video birmənalı qarşılanmayıb.
Partiyanın rayon təşkilat sədrinin bu təşəbbüsü tənqid edilib. Bildirilir ki, partiya təmsilçisinin 3 çörəyə görə yaşlı adamla bu cür davranışı etik deyil.
Məsələ ilə bağlı sözügedən partiyanın sədri, deputat Fəzail Ağamalı ilə əlaqə saxlayıb. F. Ağamalı rayon təşkilat sədrinin belə addımından xəbərsiz olduğunu diqqətə çatdırıb: “Bu, həmin şəxsin öz təşəbbüsüdür. Niyyəti də o olub ki, yaşlı insanlar çölə çıxıb çörək almasın. Çünki onların çörəyə ehtiyacı var. İndi bu təşəbbüsə hərə bir cür don geyindirir. Hər halda niyyət 65 yaşdan yuxarı insanların evdə qalmasına çağırışdır. Sonradan gördüm ki, o video sosial şəbəkələrə qoyulub. Arzulamazdım ki, video sosial şəbəkələrə qoyulsun. Heç onu çəkməyə də ehtiyac yox idi”. “Qafqazinfo”
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
https://www.youtube.com/watch?v=icIjJqSKjbk&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"