Hava təhlükəsi: Güclü yağış və külək gəlir!
Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, avqustun 30-u axşam saatlarından sentyabrın 1-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi bölgələrdə intensiv yağışların yağacağı, dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.
Minval.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir. Yağıntılarla əlaqədar bəzi çaylarda sel və daşqın təhlükəsi olduğundan, bu ərazilərdən uzaq durmaq və təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxmaq məsləhət görülür. Güclü külək zamanı isə yüngül konstruksiyalı tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərinin altında dayanmamaq tövsiyə olunur.
Kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmamalıdırlar. Yay fəslində çimərliklərdə istirahət edənlərə güclü küləkli havada dənizə girməmək tövsiyə edilir. İldırım təhlükəsindən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq və açıq havada elektrik xəttlərinə yaxınlaşmamaq məsləhət görülür. Avtomobildə olanlar isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləməlidirlər. Təhlükə zamanı 112-yə zəng etməyi unutmayın.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı