Hava şəraiti kəskin dəyişəcək - Temperatur 10-12 dərəcə enəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən minval.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir.
Oktyabrın 27-də səhər saatlarında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək. Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İmtahan nəticələri açıqlandı: 4 nəfər 700 bal toplayıb
Gömrük Komitəsində kadr dəyişiklikləri
Nadir Adilov BMT-nin Komitəsinə üzv seçilib
Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlandı
Sürücülərin nəzərinə!
Bakıda möhtəşəm toy - Zakir Həsənov qiymətli hədiyyə göndərdi
Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb