Hava küləkli olacaq - PROQNOZ
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, Bakıda və Abşeron yarımadasında avqust ayının 8-9-da hava şəraiti yağmursuz olacaq.
Onun sözlərinə görə, növbəti iki gündə hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir: “Şimal küləyi əsəcək, arabir güclənəcək”.
G.Məmmədova bildirib ki, növbəti iki gündə əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir: “Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Bölgələrdə qərb küləyinin arabir güclənəcəyi gözlənilir”.
O qeyd edib ki, növbəti iki gündə havanın temperaturunda dəyişiklik gözlənilmir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər