Hasil Abbasovdan kadr dəyişiklikləri: İki müdir işdən çıxdı, yeni təyinatlar gündəmdə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyində iki şöbə müdiri vəzifəsindən azad edilib.
Minval.info xəbər verir ki, bu qərar Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov tərəfindən verilmiş əmrə əsaslanır.
Əmrə uyğun olaraq, Elnur Pənah oğlu Əmirov Mərkəzi mühasibatlıq və təyinat filialının Saxlanma xərclərinin ödənişi şöbəsinin müdiri vəzifəsindən azad edilib. Eyni zamanda, Elnur Aydın oğlu Qasımov “Qarabağ Peşə Hazırlığı Mərkəzi” publik hüquqi şəxsin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.
Bununla yanaşı, Nərgiz İlqar qızı Kərimova Beynəlxalq əlaqələr və layihələr departamentinin müdir müavini vəzifəsinə təyin olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı