Hamiləlikdə ürəkbulanma və qanaxmanın təhlükə əlamətləri
“Baku Med” verilişinin son buraxılışında hamiləlik dövründə qadınların üzləşdiyi ən yayğın problemlər müzakirə edilib. Verilişdə ginekoloq Aydan Aslanova müxtəlif məsələlərə toxunub və hamilə qadınların sağlamlığı ilə bağlı əhəmiyyətli məlumatlar təqdim edib.
Minval.info xəbər verir ki, hamiləlik zamanı davamlı ürəkbulanma bəzi hallarda ciddi problemlərin göstəricisi ola bilər. Ginekoloq Aslanova bildirib ki, əgər bu hal uzun müddət davam edərsə, qadın mütləq həkimə müraciət etməlidir.
Hamiləlik zamanı qanaxmanın da ciddi siqnal sayıla biləcəyini vurğulayan mütəxəssis, belə halların dərhal tibbi yardım tələb etdiyini qeyd edib. Bu vəziyyət, xüsusilə də hamiləliyin erkən mərhələlərində baş verərsə, daha diqqətli olmaq lazımdır.
Bundan əlavə, hamiləlik dövründə infeksiyaların da ciddi fəsadlara yol aça biləcəyini bildirən Aslanova, bu halların vaxtında diaqnoz və müalicə olunmasının vacibliyini vurğulayıb. O, həmçinin, ağrıkəsicilərin istifadəsinin təhlükəli ola biləcəyini və yalnız həkim məsləhəti ilə qəbul edilməsini tövsiyə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sumqayıt Tibb Mərkəzində kadr dəyişikliyi baş verib
Sumqayıt Tibb Mərkəzinin direktor müavini vəzifəsindən ayrıldı
Azərbaycanda insult və infarkt ölümləri: Son beş ilin statistikası
Xərçəng hüceyrələri kimyaterapiyanı yadda saxlayır: yeni kəşf
Çeynənən tütünün faciəvi təsiri: 251 min insanın həyatı sona çatıb
Fıstığın yaşlıların beyninə təsiri ilə bağlı yeni araşdırma
Öskürək zamanı sitrus meyvələri və şirniyyatdan çəkinin