14.08.2026 - 19:13
Səhiyyə
172 baxış
Hamilə qadının həyat savaşı: Təcili yardım maşınında möcüzə doğuş
Füzuli rayonunda bir qadın təcili yardım maşınında doğuş həyata keçirdi. Doğuş sancıları səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edildikdən sonra, dərhal tibbi yardım briqadası hadisə yerinə göndərildi.
Minval.info xəbər verir ki, xəstəxanaya aparılarkən qadının vəziyyəti pisləşdi və həkimlər təcili müdaxilə edərək doğuşu təcili yardım maşınında həyata keçirdilər. Yenidoğulmuş oğlanın çəkisi 3,5 kiloqram, boyu isə 53 santimetrdir.
Həm ana, həm də körpə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilir. Hazırda hər ikisinin vəziyyəti stabildir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fıstığın yaşlıların beyninə təsiri ilə bağlı yeni araşdırma
01.10.2026 - 17:20
Öskürək zamanı sitrus meyvələri və şirniyyatdan çəkinin
01.10.2026 - 16:52
Sumqayıtda 13 tibb işçisi işdən azad edildi
01.10.2026 - 16:03
Payızda istehlak üçün ən faydalı tərəvəzlər açıqlandı
01.10.2026 - 13:43
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası gerçəkləşdirildi
29.09.2026 - 11:19
Qəhvənin insanlara fərqli təsiri: Dietoloq elmi əsasları açıqladı
28.09.2026 - 15:29
Azərbaycanda quduzluq: yalnız bir yeni hal aşkar edilib
28.09.2026 - 13:37
Dünya yeni pandemiya təhlükəsi ilə üz-üzədir
26.09.2026 - 19:02