"Hakimlər Neymar, Messi, Ronaldo kimi futbolçuları qorumalıdır"
“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 finalında PSJ-yə qarşı keçirəcəkləri matçdan əvvəl Paris təmsilçisinin futbolçusu Neymarın zədəli olmasından danışıb.
Qol.az “Marca”ya istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis Fransa kubokunun 1/32 finalında “Kan”la görüşdə (1:0) zədələnən braziliyalı hücumçu ilə bağlı bunları deyib:
“Neymar, Messi, Ronaldo kimi oyunçuları qorumalıyıq. Çünki onlar bizə sevinc bəxş edirlər. Hakimlər də onları qorumalıdır. Amma futbolda təmaslar olur. Ən yaxşı matçlar zamanı ən yaxşı futbolçuların hamısı meydanda olmalıdır. PSJ-nin onsuz necə oynayacağı bəlli deyil. Hər iki komandanın ciddi itkiləri var. Ümid edirəm ki, hər kəs iki həftədə oynaya biləcək”.
Qeyd edək ki, bu gün keçiriləcək “Barselona” – PSJ görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq. Neymar zədə səbəbindən bu oyunu buraxacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək