Hakerlər 1Password platformasına sızdı
Dünyanın ən böyük şifrə idarəetmə platforması olan 1Password, bir əməkdaşının korporativ GitHub hesabına icazəsiz girişin təmin edildiyini və kiber hücuma məruz qaldığını açıqlayıb. Şirkət tərəfindən yayımlanan bloq yazısında, 19 noyabrda aşkar edilən bu pozuntu ilə bağlı araşdırmalara başlandığı bildirilib.
Minval.info xəbər verir ki, hücum edənlər GitHub hesabı vasitəsilə mənbə kodlarına daxil olub və arxa plan xidmətlərinə zərərli kod yerləşdiriblər. Bu kod vasitəsilə müştərilərə aid idarəetmə məlumatlarının yükləndiyi, istifadəçi adları, elektron poçt ünvanları və hesabla əlaqəli gizli olmayan daxili məlumatların əldə edildiyi qeyd olunub.
1Password, istifadəçilərin şifrə kassalarının, bu kassalarda saxlanan məlumatların və kassaları qoruyan açarların təhlükəsiz olduğunu vurğulayıb. Platforma, hadisədən neçə istifadəçinin təsirləndiyini açıqlamayıb.
ƏLAQƏLİ
SpaceX kosmosa məlumat mərkəzləri yerləşdirmək üçün 1 milyon peyk göndərəcək
Şirkət təhlükəsizlik tədbirlərini artırdı
Pozuntudan sonra təsirlənmiş GitHub hesabı deaktiv edilib və hücumçunun girişi dayandırılıb. İfşa olunmuş ola biləcək bütün daxili kimlik məlumatları yenilənib və ya ləğv edilib. Şirkət, dəvət və hesab bərpası e-poçtlarında istifadə olunan doğrulama kodlarının uzunluğunu altı rəqəmdən on simvola yüksəldib.
1Password, hadisə ilə əlaqəli hər hansı bir proqram yeniləməsi planlanmadığını elan edib. Şirkət, istifadəçiləri 1Password adından göndərilə biləcək saxta e-poçt və SMS kimi kimlik avı cəhdlərinə qarşı xəbərdar edərək, müştərilərdən heç vaxt şifrə və ya gizli açar tələb etmədiyini xatırladıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX kosmosa məlumat mərkəzləri yerləşdirmək üçün 1 milyon peyk göndərəcək
Rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı yeni tələblər
Nvidia-nın təsisçisi Jensen Huang təkrar rəhbərliyə qayıtdı
Azərbaycan rəqəmsal hökumət inkişafında 38-ci yerdədir
Kiberhücumların böyük hissəsini süni intellekt idarə edir
Süni intellekt dərman istehsalında inqilab yaradır
GTA 6 nə vaxt çıxacaq? Oyun dünyasında həyəcan artır