Hakan fidan: Türkiyə, səudiyyə ərəbistanı və Pakistan ittifaqı i̇ranı niyə hədəf almır?
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan müdafiə ittifaqının İranı hədəf almadığı bildirilib.
Minval.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, “Anadolu” Agentliyinin “Editör Masası” proqramında bu barədə açıqlama verib. Fidan, Türkiyəyə təhdid yaratmayan ölkələrin ittifaqın hədəfi olmadığını vurğulayıb.
“Təkrar qeyd edirəm ki, bizə təhdid yaratmayan ölkələr bu ittifaqın hədəfi deyil”, – deyə Hakan Fidan bildirib.
Fidan əlavə edib ki, Türkiyənin yeni müdafiə əməkdaşlıqları NATO üzvləri arasında narahatlıq doğurmur. “ABŞ da NATO xaricində bir çox ölkələrlə bənzər əməkdaşlıqlar qurur. İsrail, Yaponiya və digər dövlətlərlə əldə edilən razılaşmalar buna misaldır. Hətta ABŞ ilə Səudiyyə Ərəbistanı və Qətər arasında da oxşar sazişlər mövcuddur. NATO üzvü Fransanın yunan Kipri ilə müdafiə əməkdaşlığı da buna nümunədir. Bu, alyans üçün yeni bir fenomen deyil”, – deyə o əlavə edib.
Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Məkkə sazişini imzalayıb. Bu sazişə əsasən, üç ölkədən birinə qarşı silahlı hücum müqavilənin bütün iştirakçılarına qarşı hücum kimi qəbul edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gürcüstan Patrikxanasının Azərbaycana 'kilsə' iradı
The Economist: Orta Doğuda abş-ın yerini Türkiyə tutacaq
Kanada ilə ABŞ arasında müharibə ehtimalı niyə istisna edilmir
Avropa Komissiyası Yunanıstana qarşı pozuntu prosedurlarına başlayıb
NATO baş katibi Ruttedən Avropa üçün ABŞ olmadan hərəkət etmə çağırışı