17.09.2019 - 17:54
Qalmaqal 18 baxış

“Hacısansa, arvad almısansa, onu tumanda gəzdirmə” - Nazilə

Şairə Nazilə Səfərli həyat yoldaşlarının hacı olması ilə öyünən məşhurlardan danışıb.

“TV Musavat”da qonaq olan şairə atmacaları ilə diqqət çəkib:

“Söz götürənindir. Mən Şəbnəmə aid etməmişəm. Yazını yazandan sonra gördüm ki, Şəbnəm şortikdə şəkillə çəkdirib. Əvvəl hacı adının kəsəri bir, ağırlığı vardı. Dində yazılmayıb ki, hacı müğənni ilə evlənə bilməz. Kişinin sözünün kəsəri var. Hacısansa, arvad almısansa, ona çəki-düzən ver. Arvadı geyindir, imkanın varsa, parçasını bol elə. Tuman-paça gəzdirmə”.

Qeyd edək ki, Nazilə Səfərli sosial şəbəkədə yazdığı statusla diqqət çəkmişdi:

“Bu, mənim şəxsi fikrimdir və hər kəsə şamil deyil. Hər bir yazar, şair, aşıq, xanəndə, mügənni yaxud adını məşhurlaşdırmağa çalışan və buna müvəffəq olan insan özünə el-obasının (şəhər, kənd, mahal və s.) adını təxəllüs, ləqəb götürürsə, boynuna ağır yük götürdüyünü dərk etməlidir”.

Ümumiyyətlə, təxəllüs götürməzdən əvvəl ağsaqqallardan, o el-obanın qeyrətli oğullarından icazə alınmalıdır. Özünü doğrultmadığı halda el birliyi ilə bu təxəllüs o kəsdən geri alınmalıdır. Məhz bu təxəllüslərə görə çox hörmətli insanlar boyun bükür, qana düşür. Niyəsi odur ki, bölgə adını üstünə götürüb, “tuman-paça” video paylaşa bilməzsən, ay müğənni! Əlində şərab stolları gəzə bilməzsən!”

https://www.youtube.com/watch?v=OOIIwUiZILw

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: