Hacı Şahinin yutub kanalı bərpa oldu
Bir müddət əvvəl mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin yutub kanalı oğurlanmışdı.
Minval.info xəbər verir ki, “mikpro” – rəqəmsal yayım şirkətinin səyi nəticəsində kanal bərpa olunub. Bu barədə sözügedən şirkətin əməkdaşları Elmir Oktaylı və Ali İmran məlumat verib.
“Ripple” adlı kriptovalyuta ilə məşğul olan cinayətkarlar Hacı Şahinlə bərabər dünya üzərində də bir çox böyük yutub kanalını ələ keçirib. O kanalların bəziləri hələ də onların əllərində olsa da, nə xoş bizə ki, “mikpro” şirkətinin əməkdaşları Hacı Şahin Həsənlinin kanalı öz sahiblərinə qaytarıb, bütün məzmunlar bərpa edilib” deyə, açıqlamada bildirilib.
Qeyd edək ki, türkiyəli bloqer Ruhi Çenetin də milyonlarla abunəçisi olan kanalı onlar tərəfindən oğurlanmışdı. Kanal qaytarılsa da, içindəki videolar hələ ki, bərpa olunmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır