“Hacı Mazan” polis bölməsində - VİDEO
Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun polis bölməsinə aparılmasının görüntüləri yayılıb.
Minval.info BakuPost-a istinadən xəbər verir ki, hadisə avqustun 3-də baş versə də, görüntülər indi üzə çıxıb.
Xatırladaq ki, həmin gün “Hacı Mazan” Xəzər TV-nin əməkdaşlarına hücum etmiş, daha sonra isə onun şirkətinin inşa etdiyi binanın sakinini öz evində döymüşdü. Hadisədən sonra DİN-in “102” xidmətinə məlumat verilib və hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları cəlb edilib. Onlar jurnalistlərə və ev sahibinə hücum çəkən iş adamını polis bölməsinə aparıblar.
“Hacı Mazan”la birlikdə hücumda iştirak etmiş adamları da bölməyə aparılıb. Onlar bölmədə müvəqqəti saxlanma kamerasına salınsalar da, sonradan Ramazan Zeynalov polisdə işləyən qohumlarının vasitəsilə həyətə çıxarılıb.
Hazırda faktla bağlı Bakı Şəhər Prokurorluğunda araşdırma aparılır, tərəflərin ifadələri alınır. Maraqlıdır ki, hadisə Binəqədi rayonu ərazisində baş versə də, işin araşdırılması birbaşa Bakı şəhər Prokurorluğuna həvalə olunub. Bu, onunla izah olunur ki, “Hacı Mazan” Binəqədi rayonunda bina inşa edib, bir sıra biznes layihələri həyata keçirib və həmin rayonda hüquq-mühafizə orqanlarına təsir imkanına malikdir.
https://www.youtube.com/watch?v=DMSbidu-sC8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Pulunuz olmasa, heç kimsiniz...." - ŞƏBNƏMDƏN İDDİALI AÇIQLAMA
Paşinyanın həyat yoldaşı azərbaycanlı jurnalistin sualına cavab verə bilmədi
Bahalaşma nə zaman səngiyəcək? – Rəqəmlər bu tarixi göstərir
Bakı sakinləri peyvənd olacaqmı? - Qeyri-adi AÇIQLAMALAR - VİDEO
Prezident icra başçısını işdən çıxartdı
Suda boğulmaq təhlükəsi ilə üzləşənlərə belə yardım olunmalıdır - DİQQƏT!