Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı
“Bu, mənim üçün gözlənilməz oldu. Baş leytenant rütbəsi mənə vaxtından əvvəl verildi”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan güləş milli komandasının üzvü Hacı Əliyev deyib.
O, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən baş leytenant rütbəsini almasına münasibət bildirib. Əliyev buna görə sevincini dilə gətirib: “Çay süfrəsi arxasında toplaşmışdıq. Elçin Quliyev bizə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı verilən medalları təqdim etdi. Həmçinin mənə baş leytenant rütbəsi verildiyini bildirdi. Çox sevindim. Görüşdə Rəsul Çunayev, Cəbrayıl Həsənov, İlqar Müşküyev və başqaları var idi. Hamıya medallar təqdim edildi. Lakin mənə rütbə də verildi”.
Əliyev baş leytanant rütbəsinin vəzifəsinə təsir etmədiyini bildirib: “Vəzifəmdə hər hansı dəyişiklik yoxdur. Yalnız rütbəm yüksəlib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi