Hərbçilərin qohumları İrəvanda bayram tədbirlərinin ləğvini tələb edir
Ermə
nistan silahlı qüvvələrinin 44 günlük müharibədə ölən hərbçilərinin anaları və qohumları sentyabrın 21-də İrəvanda Respublika meydanında təntənəli bayram tədbirinin keçirilməsi barədə qərarın ləğvini tələb edirlər.
“Minval.info” xəbər verir ki, bu barədə məlumatı “Aysor” yayıb.
Onlar tələb ediblər ki, bir çox ailə hələ də itkin düşən hərbçi yaxınını axtarır: “Belə şəraitdə hökumətin bayram tədbir keçirmək haqqı yoxdur”.
Qeyd edək ki, sentyabrın 8-də Ermənistan hökuməti sentyabrın 20-si iş gününü sentyabrın 25-i ilə əvəzləyib. Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, sentyabrın 21-də İrəvanda Respublika meydanında genişmiqyaslı, təntənəli bayram keçirəcəklər.
Xatırladaq ki, 1999-cu il sentyabrın 21-də Ermənistandan müstəqillik haqqında referendum keçirilib. Bu siyasi kampaniya əsasında Ermənistan SSR Ali Soveti “Müstəqillik haqqında Bəyannamə” qəbul edib və Ermənistan Respublikasının müstəqilliyi elan olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub