"Hər gün mənə toxunurdu..." - Ulduz futbolçu cinsi təcavüzdə ittiham olunur
David Vilya cinsi təcavüzdə ittiham olunur.
Fanat.Az “Daily Mail”ə istinadən xəbər verir ki, Skyler B adlı “Twitter” istifadəçisi David Vilya tərəfindən təcavüzə məruz qaldığını yazıb:
“Nyu-York Siti” klubunda məruz qaldığım təcavüz o qədər dəhşətli idi ki, hətta peşəkar idmanla bağlı düşünəndə belə qorxuram. İdman dünyasında olmaq məni qorxudur. Orada başıma gələnlər səbəbindən bütün karyeramı dəyişdirdim. Xəyallarımı məhv etdilər.
Staj üçün kluba yollananda karyeram adına əla şans yaxaladığımı düşünmüşdüm. Əvəzində nə əldə etdim? David Vilya hər gün mənə toxunurdu və müdirim bunun gülməli olduğunu düşünürdü. Hekayələrini danışmaq cəsarətinə sahib qadınlar mənim qəhrəmanlarımdılar.
Tez-tez işimə düzgün yanaşmadığımı deyirdilər. Sanki hər gün mənə toxunulacağını, məni lağa qoyacaqlarını, itələyəcəklərini bilə-bilə işə gedən mən deyildim. Hə, axı mən işə düzgün yanaşmırdım…”
Vilya və “Nyu-York Siti” hələlik məsələyə münasibət bildirməyiblər.
38 yaşlı futbolçu 2015-2018-ci illər aralığında ABŞ klubunun formasını geyinib. Vilya İspaniya millisinin heyətində 2010-cu il dünya çempionatının qalibi olub. O, bu il peşəkar karyerasını bitirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kubokun final matçı sosial məsafə pozulduğu üçün dayandırılıb
Koronavirusa yoluxan Fatih Terim evə buraxıldı
"Fənərbağça" qapıçısı ilə vidalaşdı
"Yuventus" "Valensiya"nın müdafiəçisini transfer edib
“Sabah” yeni transferi ilə vidalaşdı
Ronaldo yeni rekorda imza atdı