Hər gün futbol izləyəcəyik - La Liqanın bərpa planı
La Liqa prezidenti Xavyer Tebas son açıqlamasında mövsümün 11 iyunda bərpa olunacağını qeyd etmişdi. Artıq məsələ ilə bağlı çalışmalar gedir.
Hələlik La Liqanın təqviminin necə olacağı bəlli deyil. Bununla belə, kulislərdə müəyyən məlumatlar “gəzir”. Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, çempionat oyunları 35 gün ərzində fasiləsiz şəkildə keçiriləcək.
Səhiyyə qurumları matçların yerli vaxtla saat 19:30-dan erkən olmamaq şərtilə oynanılmasını tövsiyə ediblər. Qarşılaşmaların yay ayında keçiriləcəyini nəzərə alsaq, dehidrasiyanın qarşısını almaq üçün federasiyanın bu yöndə qərar qəbul edəcəyi gözlənilir.
Daha öncə La Liqa oyunlarında süni azarkeş effektlərindən istifadə ediləcəyi bildirilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək