“Söyüşü eşitməmişəm, etika xətrinə gülürdüm” - Qalmaqallı verilişin aparıcısı
“Space” TV-nin “Hər səhər” verilişində yaşanan biabırçı hadisədən sonra verilişin yaradıcı heyəti töhmət aldı. Verilişin aparıcısı Anar Vaqifoğlu televiziyada aparıcısı olduğu bütün verilişlərdən uzaqlaşdırılıb.
Minval.info xəbər verir ki, məsələ ilə bağlı News24.az-a açıqlama verən Anar Vaqifoğlu, həmin söyüşü eşitmədiyini deyib:
““Space” telekanalındakı bütün verilişlərdən uzaqlaşdırılmışam. Amma radiodakı fəaliyyətim davam edir. Həmin söyüş işlədiləndə eşitməmişəm. Qulağımda rejissorları eşitmək üçün qulaqlıq var idi. Sadəcə, etika xatirinə gülmüşəm. Bu o demək deyil ki, onlar mənim üzümə söyüblər və mən də gülüşlə qarşılamışam. İlk başda mövzunun mahiyyətini anlamadım. Olanlardan hamı kimi sonradan xəbər tutdum”.
Anar telekanalın cərimə olunmasına da münasibət bildirib:
“O ifadəni işlədən adam da bilir ki, efirdə belə söz işlətmək olmaz. Sadəcə, səsin eşidiləcəyini düşünməyib. Bilirsiniz, hamı söyüş bilir və söyür. Sadəcə, bu dəfə yerində işlənməyib. Yalnız onu deyə bilərəm ki, mən də daxil olmaqla, bu məsələyə aidiyyatı olan şəxslərin hamısı töhmət alıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək