“Həkimlər məni gözəlləşdirir, səni dəyişdirib salır abra” - Aygün Kazımova onu TƏQDİM ETDİ
Hər layihəsi ilə şou gündəmini silkələməyi bacaran Xalq artisti Aygün Kazımova çoxdan gözlənilən səs-küylü işini sevənlərinin ixtiyarına verib.
Musavat.com xəbər verir ki, Pop kraliça “Abrakadabra” adlı mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.
Ölkənin əsas ulduzu bu layihəsi üçün də qardaş ölkə Türkiyəyə üz tutub. Diva “Abrakadabra” klipini də son mahnılarına ekran həyatı verən Selim Akara həvalə edib.
Mahnının musiqisi Kazım Can, sözləri Orxan Qarabasmaya (OGB) məxsusdur.
Rəngarəng, cəlbedici və vizual baxımdan olduqca zəngin olan ekran işində Aygün Kazımova 6 parlaq və diqqətçəkən obrazda görünüb. Obrazlar üzərində türkiyəli məşhurlar Ajda Pekkan, Hadise, Bülent Ersoyla çalışan komanda – Burcu Sedef, Erdal Güvenç, Berker Kuşku işləyib.
Obrazdan-obraza girən ölkənin əsas ulduzu – hindli, yapon qadın və zebra tərzi ilə diqqət çəkib. Aygün Kazımovanı ekran işində Türkiyənin peşəkar rəqqas qrupu müşayiət edib. Layihənin rəhbəri Rüfət İsmayıldır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
Alen Simonyan ailə həyatı qurdu
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir
Seda Sayandan səhnədə romantik etiraflar!
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
Toydan dönən sürücü qəzaya düşdü: Yaralılar var