Həkim qadının niqabını açmasını istədi, işindən oldu
Britaniyada 23 illik təcrübəsi olan həkim Kit Volverson (Keith Wolverson) müsəlman qadına qarşı diskriminasiyada ittiham olunub.
Oxu.az xəbər verir ki, bu barədə “The Mirror” yazır.
Həkimin sözlərinə görə, niqablı qadın tonzilitdən əziyyət çəkən on yaşlı qızını həkim müayinəsinə gətirib. Həkim onu üzə çıxan simptomlarla bağlı sorğu-suala tutub, ancaq buna cavab ala bilməyib.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
O, qadının üzünü açmasını istəyib və sonuncu həkimin dediyini yerinə yetirib. Müsəlman qadın evə döndükdən sonra ərinə həkimin ona qarşı kobud davrandığını bildirib.
Cütlük K.Volversondan xəstəxana rəhbərliyinə şikayət edib. Şikayətə görə, həkim qadını niqabı çıxarmağa məcbur edib və tələbə tabe olmayacağı təqdirdə qızını müayinədən keçirməyəcəyini söyləyib.
Tibb işçisinə qarşı diskriminasiya ilə bağlı araşdırma başlanılıb. Ancaq həkim Baş Tibbi Şuranın (Britaniya) araşdırma nəticələrinin elan olunmasını gözləmədən, karyerasına son qoyub.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
“Hesab edirəm ki, böyük ədalətsizlik baş verib. Mən artıq həkim olmaq istəmirəm”, – deyə Volverson bildirib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"