Həbsxanada evlənən ömürlük məhbusdan yeni xəbər
Həbsxanada evlənən ömürlük məhbus Sergey Strelyayev cəzasının yüngülləşdirilməsini istəyir.
Minval.info xəbər verir ki, Sergey Strelyayev barəsində olan işlə yenidən tanış olmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.
O, öz istəyi ilə barəsində olan cinayət işi ilə tanış olur. Onun daha sonra kassasiya şikayəti vermək hüququ var.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
S.Strelyev ömürlük azadlıqdan məhrum etmə cəzasının 20 ilə endirilməsini və ya işinə yenidən baxılmasını istəyə bilər.
Xatırladaq ki, 2002-ci ildə xüsusi amansızlıqla qətlə törətməkdə təqsirləndirilən Sergey ömürlük azadlıqdan məhrum edilib.
Şair olan Sergeyin həbsxanada bir neçə kitabı çap edilib.
2013-cü ildə isə həbsxanada Lüdmila Aleynikovla evlənib.
O, Lüdmila ilə 2011-ci ildə öz kitabının təqdimatı zamanı tanış olub. Sonra məktublaşmağa və telefonla danışmağa başlayıblar. Lüdmila onun ziyarətinə gəlməyə başlayıb. Daha sonra Sergey Lüdmilaya evlənmək təklifi edib və onlar evləniblər.
Qeyd edək ki, onların bir övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar