Həbsdəki icra başçısının cəzası azaldıldı
Ali Məhkəmədə Yevlax rayon icra hakimiyyətinin həbsdə olan sabiq başçısı Qoca Səmədov barəsində olan apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
“Minval.info” xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, sabiq icra başçısına Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham ləğv olunub. Bununla bağlı Qoca Səmədovun cəzası 3 ay azaldıraraq 5 il 9 aya endirilib.
Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zamirə Hacıyevanın məhkəməsindən şok məlumat - Gizli şahid...
Mərkəzi Bank: "Vətəndaşların kreditə ödədiyi artıq pullar geri qaytarılacaq"
Azərbaycanda qeyri-adi hadisə: müəllim valideynləri məhkəməyə verdi (FOTO)
Məktəbin tavanı dərs zamanı çökdü - Fotolar
AMEA: Hadisə yerində hər hansı tədqiqat işinin aparılması qeyri-mümkündür
Sabiq deputata hökm oxundu
Sensasion hadisə: Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı -ÖZƏL