Həbib Nurməhəmmədov İstanbula çağırıldı - "Qalatasaray"dan jest
Türiyənin “Qalatasaray” klubu bazar günü qarışıq döyüş növləri üzrə Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gələrək bir anda bütün müsəlmanların sevimlisinə çevrilən rusiyalı idmançı Həbib Nurməhəmmədovu İstanbula dəvət etmək niyyətindədir.
Publika.az xəbər verir ki, “Qalatasaray” forması ilə çəkdiyi şəkilləri dəfələrlə paylaşan dağıstanlı idmançı oktyabrın 24-də Çempionlar Liqasının 3-cü turu çərçivəsində “Türk Telekom” stadionunda Almaniyanın “Şalke 04” klubu ilə keçiriləcək matça dəvət ediləcək.
Xatırladaq ki, “sarı qırmızılılar” Həbib 14 yaşında ikən “Qalatasaray” forması ilə verdiyi pozu sosial şəbəkədən paylaşaraq idmançını təbrik etmişdi.
Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.
Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
