Gürcüstanın müdafiə naziri azərbaycanlı əsgərin döyülməsinə münasibət bildirib
“Krtsanisi hərbi hissəsində insident çağırışçılar arasında baş verib, xəsarət alan isə travmalarının səbəbləri barədə nəzarət orqanlarına məlumat verməyib”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria deyib.
Onun sözlərinə görə, hərbi hissədə iki çağırışçı digərlərinə fiziki təzyiq göstəriblər və onlardan maaş kartlarını almaq istəyiblər: “Müəyyən xəsarətlər alan çağırışçı nə bir nəzarət orqanı, nə tibbi məntəqə, nə də komandirə travmalarının səbəbi barədə danışıb. O, digər səbəb göstərərək məzuniyyətə çıxmasını xahiş edib və daha sonra ailə üzvlərinə döyüldüyünü deyib”.
Nazir bildirib ki, insident barədə məlumat alandan dərhal sonra istintaq tədbirləri həyata keçirilib: “Mən insidentdə zabitlərin iştirakını qəti surətdə istisna edirəm. Gürcüstanda ordunun 90-cı illərə qayıtması barədə iddialar hər bir məğrur əsgər üçün təhqirdir. Bu cür halların orduda sistematik xarakter alması barədə bəyanatlar eşidəndə yalnız gülüş doğurur”.
Qeyd edək ki, Gürcüstan ordusunun əsgəri Kazım Qəhrəmanov martın 9-da Krtsanisi hərbi hissəsində döyülüb. Hərbi Polis azərbaycanlı əsgərin döyülməsi ilə bağlı 2 nəfəri saxlayıb. Saxlanılan şəxslərin K.Qurbanovla yanaşı, digər əsgərlərə də fiziki təzyiq göstərərək pul tələb etdikləri müəyyən olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kremldən Vladimir Putinlə Cozef Bayden görüşü barədə daha bir açıqlama
Baş nazirdən YENİ QƏRAR — Artıq bu sənədlər tələb olunmayacaq
Britaniya səfirindən Azərbaycana dəstək paylaşımı
Rəsmi Bakı Makrona cavab verdi
BMT Baş katibi Qarabağa xüsusi missiya göndərir?