07.12.2021 - 13:36
Region 1 baxış

Gürcüstanın Baş naziri Dünya İqtisadi Forumuna dəvət olunub

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili gələn ilin 17-21 yanvar tarixində Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna (DİF) dəvət alıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.

DİF-in təsisçisi və icraçı sədri Klaus Şvabın dəvət məktubunda forumun əhəmiyyəti və gələcək əməkdaşlığın möhkəmləndirilməsi üçün dünyanın siyasi, biznes və vətəndaş cəmiyyətinin aparıcı liderlərinin bir araya gəlməsinin zəruriliyi vurğulanıb.

“Forum iştirakçıları Sizin Gürcüstanın dayanıqlı və ədalətli iqtisadi inkişafı ilə bağlı fikirlərinizi dinləmək imkanına görə minnətdar olacaqlar”, – məktuda deyilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: