Gürcüstandan sərt mesaj: “Brüsselin alqışı üçün qan tökməyəcəyik"
Gürcüstan parlamentinin vitse-spikeri Tea Tsulukiani ölkəsinin Qərbin gözləntiləri naminə müharibəyə sürüklənməyəcəyini açıq şəkildə bəyan edib.
Musavat.com xəbər verir ki, Tsulukianinin sözlərinə görə, Gürcüstanın əsas milli marağı öz vətəndaşlarının həyatını qorumaqdır:
“Mən Gürcüstanda elə bir gürcü tanımıram ki, Brüsselin alqışını qazanmaq üçün öz oğullarının döyüşməsini istəsin. Gürcüstanın qan tökmək üçün bu qədər insanı yoxdur. Seçim zamanı biz əlbəttə ki, həyatı seçirik — bu bizim ən böyük milli marağımızdır”.
O əlavə edib ki, əgər Gürcüstan Brüsselin gözləntisinə uyğun olaraq “ikinci cəbhə”ni açmağa və Baltikyanı ölkələri qorumaq üçün Rusiya zərbəsini üzərinə götürməyə razı olsaydı, o zaman Qərbdən böyük tərif alardı.
Tsulukiani qeyd edib ki, Tiflis ölkəni xarici güclərin geosiyasi oyunlarına qurban vermək niyyətində deyil.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı