Gürcüstanda tüğyan edən meşə yanğınları Qaqra rayonunda evlərə çatıb
Gürcüstan ərazisində yanvarın 4-dən başlayan meşə yanğınlarına qarşı mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, yeni ilin əvvəlindən ölkə üzrə 260-dən çox alov mənbəyi aşkarlanıb. Onlardan 252-si söndürülüb, 4-nün daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Lakin Abxaziya bölgəsindəki Qaqra rayonu ərazisində vəziyyət daha da gərginləşib.
Yanğının vətəndaşların evlərinə keçmə təhlükəsi yaranıb.
Alovun söndürülməsinə yerli sakinlər də cəlb olunublar.
Yerli hakimiyyət nümayəndələri yanğın təhlükəsi ilə üzləşən insanların təxliyəsini istisna etməyiblər.
Yanğın artıq Psou-İnquria magistralını əhatə edib.
ƏLAQƏLİ
Türkiyənin müdafiə sənayesindəki hədəfi: 20 milyard dollarlıq yeni müqavilələr
Abxaziyanın Qal rayonu ərazisində isə fövqəladə vəziyyət elan olunub.
Bu gündən yanğının söndürülməsinə helikopterlərin də cəlb olunacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib