Gürcüstanda peyvənd üçün yaş həddi 12-yə endiriləcək
Gürcüstanda yaxın zamanlarda 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı peyvəndlənməsi prosesinə başlanılacaq.
“Minval.info” “Report”un yerli bürosuna istnadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.
Onun sözlərinə görə, yaşı 12-dən yuxarı olan uşaqların vaksinasiyası pandemiyanın sona çatması üçün əsas məqamdır: “Vaksinasiya komitəsi bu məsələyə baxacaq və qərar 2-3 həftədən sonra qəbul olunacaq. Avropanın bir sıra ölkələrində belə təcrübə var, biz bunu nəzərə alacağıq”.
Nazir müavini deyib ki, 12 yaşdan yuxarı uşaqların peyvəndlənməsi valideynlərin istəyinə əsasən aparılacaq.
Qeyd edək ki, qonşu ölkədə hazırda vaksin 16 yaşdan yuxarı şəxslərə vurulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub