Gürcüstanda onlayn kazinolar qadağan olunacaq

Gürcüstanda onlayn kazinolar qadağan oluna bilər.
“Minval.info” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin bu gün keçirilən iclasında deyib.
Qaribaşvili onlayn kazinoların qadağan olunmasının vacibliyini vurğulayıb və bildirib ki, Gürcüstanda qumar aludəçilərinin böyük əksəriyyəti işsiz və ehtiyac içərisində olan insanlardır.
“Birinci mərhələdə onlayn kazinolar üçün vergiləri artırmağı, reklamı qadağan etməyi və oyunçular üçün yaş həddini 25-ə qədər qaldırmağı düşünürük. İkinci mərhələdə isə onlayn kazino ümumiyyətlə qadağan olunacaq”, – deyə Qaribaşvili söyləyib.
Baş nazir, həmçinin vurğulayıb ki, onlayn kazinoların fəaliyyəti nəticəsində Gürcüstan artıq 1,5 milyard lari itirib, çünkü bu şirkətlərin əksəriyyəti xarici şirkətlərdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub