26.10.2021 - 13:05
Region 2 baxış

Gürcüstanda koronavirusdan 9 uşaq ölüb

“Gürcüstanda koronavirusa yoluxanların 15 %-ni yeniyetmələr təşkil edir”.

“Minval.info” “Report” istinadən  xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, COVID-19 infeksiyası 18 yaşadək olan 103 927 uşaq və yeniyetmədə aşkarlanıb: “Onların 6 979-u xəstəxanaya yerləşdirilib və təəssüflər olsun ki, uşaqlar arasında 9 ölüm faktı qeydə alınıb. Üç körpəni saymasaq, bütün digər hallarda müşayiətedici ağır genetik xəstəliklər olub”.

Qeyd edək ki, Gürcüstanda indiyədək koronavirus 698 944 nəfərdə aşkarlanıb. Onların 639 564-ü sağalıb, 9 831-i isə vəfat edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: