Gürcüstanda karantin rejiminin müddəti uzadılıb
“Gürcüstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər fevralın 1-dək qüvvədə saxlanılacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin tarixədək biznes sektoru və nəqliyyatın fəaliyyətinin təhlükəsiz şəraitdə bərpası ilə bağlı görüşlər keçiriləcək.
Nazir qeyd edib ki, səhiyyə sektoru və hökumətin birgə səyləri ilə ölkədəki epidemioloji vəziyyətin sabitləşməsinə nail olunub.
Qeyd edək ki, qonşu ölkədə məhdudiyyətlər ötən ilin noyabrın 28-dən tətbiq olunur. Yanvarın 16-dan etibarən şəhər və şəhərlərarası nəqliyyatın hərəkətinin, ticarət obyektləri, açıq və qapalı bazarların fəaliyyətinin bərpa olunacağı gözlənilirdi.
ƏLAQƏLİ
Türkiyənin müdafiə sənayesindəki hədəfi: 20 milyard dollarlıq yeni müqavilələr
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib