23.11.2021 - 12:19
Region 4 baxış

Gürcüstanda daha 5 085 nəfər COVID-19-a yoluxub, 62 nəfər ölüb

Gürcüstanda son sutka ərzində koronavirusa 5 085 yeni yoluxma halı təsdiqlənib, 4 428 nəfər müalicə olunara sağalıb, 62 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 819 182 nəfərdə aşkarlanıb. Onların 759 727-si sağalıb, 11 615-i isə ölüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: