29.11.2021 - 14:18
Region 2 baxış

Gürcüstan, Ukrayna və Moldovanın Baş nazirləri Brüsseldə görüşəcəklər

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Brüsselə yola düşəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin xarici işlır naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, İ.Qaribaşvili Gürcüstan, Ukrayna və Moldova Baş nazirlərinin noyabrın 30-da keçiriləcək üçtərəfli görüşündə iştirak edəcək.

XİN başçısı qeyd edib ki, toplantıda “Assosiasiyalı trio” və Avropa İttifaqı arasında əməkdaşlığın aktivləşdirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Gürcüstan, Ukrayna və Moldovanın təmsil olunduğu “Assosiasiyalı trio” bu ilin yayında təsis edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: