Gürcü nazir: “Azərbaycanla Gürcüstan arasında həlli mümkün olmayan məsələ yoxdur”
“Mən inanıram ki, Azərbaycanla Gürcüstan arasında həll edilməsi mümkün olmayan məsələ yoxdur”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvili jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Keşikçidağ məsələsi iki ölkə arasında müzakirələr və dialoq yolu ilə, yaxşı qonşuluq əlaqələri çərçivəsində həllini tapacaq.
“Hazırkı format çox effektiv və məhsuldardır. Bizim müvafiq komissiyamız var və bütün məsələlər bu komissiya çərçivəsində müzakirə edilir. Məsələ çox mürəkkəbdir. Ona görə də yekun qərar illərdir ki, qəbul edilə bilməyib. Amma hazırda işlər çox intensiv şəkildə aparılır və tezliklə razılıq əldə ediləcək ”, – deyə K. Tsxelaşvili qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?